Şuşam menm Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Şuşam menm


Darıxmışam sənin üçün Şuşam mənim,
Cənnət olan gözəl, dilbər guşəm mənim.
Üç ilin hər yayında qoynunda dincəlirdim,
Adicə Sevinc gedib, başqa Sevinc gəlirdim.
Danışığım ballanardı, yanaqlarım allanardı
çöl laləsi tək.
Gülüşlərim gah ucalıb, gah enərdi
dağ şəlaləsi tək.
Burnumun ucu göynəyir o günlərçün,
O xoş sədalarçun,o xoş ünlərçün.
Natəvanın mülkü dururmu görən,
orda yerləşirdi uşaq sanatoriyamız.
Bağında quşlar yenə cəh-cəh vururmu görən
nədən qəmli yazıldı həyat simfoniyamız.

O evdə nə vaxtsa şeir məclisləri keçirilib
deyirlər.
O şeriyyətin ruhu Tanrı tərəfdən
bu evə köçürülüb,deyirlər.
Bəlkə də o evin havasından şeir yazan oldum,
Xəyallar içində azan oldum.
Hanı Cıdır düzündən dərdiyim xarıbülbül?
Yəqin daha oxumayır sarı bülbül.
Isa bulağının suyundan içmək istəyirəm,
Daşaltından keçmək istəyirəm.
“Qızıl qaya”dan soruşardıq:-”Qızılın var?”
Dilə gələrdi qayalar:-”Var,var”,
Natəvanın bağındakı hasardan boylanardıq
“Ərimgəldi” tərəfə,
Hər maşın gələndə bürünərdik fərəhə.
“Atamız gəldi”-deyə.
O günlər dönmür niyə.
O mülkdə şairənin müqəddəs ruhu yaşardı,
Görünməyən əli ilə telimizi oxşardı.
Şuşalı olsaydım çoxdan ölərdim,vallah.
Özümü də əsir bilərdim vallah.
Şuşam mənim - Qarabağımın tacı.
Sənsiz yaşamaq acıdan acı.
Göylərində neçə-neçə şəhidlərin ruhu dolaşır,
Düşmənlərin əli ilə ölənlərin naləsi, ahı dolaşır.
Tezlik ilə Qarabağım düşməndən olar azad,
Bax o zaman şəhidlərin ruhu olacaqdır daim şad.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.8.2020 11:13:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu