Hicran hələ seçimdədir,
Kədər qüssə biçimdədir.
Həsrət artıq içimdədir,
Ləçək-ləçək soyar məni.
Yol azmışam sis-dumanda,
Könül yenə min gümanda.
Yad qayığam ağ limanda,
Gur dalğalar oyar məni.
Adın qəlbə həkk, sevdiyim
Etmə eşqə şəkk, sevdiyim.
Bu dünyada tək sevdiyim,
Nədən tənha qoyar məni.
Kayıt Tarihi : 29.6.2018 07:28:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!