Kədərin qəlbimdə bir saray salıb,
Sənli xatirəni uyutmaq üçün.
Quşlar gör necə də hay-haray salıb,
Qüssəli könlümü ovutmaq üçün.
Qiyamətin ilk günüydü,
Məni tərk etdiyin gün.
Mən vüsalın küskünüydüm,
Oldum eşqinə sürgün.
Göy dalğalar həzin-həzin,
Ağlımı qaçıb onun da,
Dərd gəldi mələk donunda.
Dünyanı gəzdim, sonunda,
Özümlə təkbətək qaldım.
Mənim sənli intizarım, varaq-varaq.
Oxuyanı olacaqmı.
Mənim çənli gülüzarım daraq-daraq.
Toxuyanı olacaqmı.
Mənim sənli ahu-zarım varaq-varaq
Solacaqmı.
Əlvan rəng qat abıma,
Bax həsrətə tabıma.
Bu qədər əzabıma,
Dözən ürəkmi olar?
Nağılın qoğalında,
Fikrə dalan insanın,
Könlü talan insanın,
Tənha qalan insanın
Tanrıdan sorğususan.
Saldım qəmə meyil ki,
Görmədim heç xeyir ki...
Ürək süfrə deyil ki
Açılmaz ki hamıya.
Ötəndən nə danışım,
Hansımız daha əziz, şirinik dünya üçün.
Bax, gözlərim qapanır, ölürəm röya üçün.
Bal tək şirin şərbətin olammadım, neyniyim,
Sənin könül badənə dolammadım, neyniyim.
Sən odların içindən keçib gələn cəngavər,
Fərəh nədən qəmginləşib,
Hava dərdlə zənginləşib.
Həsrət hicranla birləşib,
Ocaq çatır ürəyimdə.
Qaçaqlıq eyləyəcək,
Qoçaqlıq eyləyəcək.
Bataqlıq eyləyəcək,
Deyən qara lil yeri.
Kimə anladım, bajı.




-
Hilmi Can
Tüm YorumlarBazı kelimeleri anlamasam da Azerbaycan lehçesini çok seviyorum. Sizin şiirleriniz de çok güzel. Allah a emanet olun.