(Kürdəmirli şəhid Fuad Şırəliyevə)
Son nəfəsim “Ah” oldu,
Dilimdə “Allah” oldu
Yamanca urcah oldum,
Borana-qara,Ana.
Boşa getdi əməyin,
Puç oldu xoş diləyin.
Gec yetişdi köməyim,
Mən düşdüm dara,Ana.
Qara geyim-keçimdə,
Fələk yaman seçimdə.
Əsgərlərin içindən,
Oğlunu ara, Ana.
29.12.2018
Kayıt Tarihi : 4.1.2019 07:15:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!