Həsrət şərbətin içib,
Ayrılıq məni seçib.
Burdan milyonlar keçib,
İzimi itirmişəm.
Çəkdiklərim mənə bəs,
Yaşayırammı əbəs.
Daha duymayır heç kəs,
Sözümü itirmişəm.
Gedirsənsə mən qalım,
Kədər ilə tən qalım.
Alışmayır tonqalım,
Közümü itirmişəm.
Qəm suyla axmayır ki,
Şimşək tək çaxmayır ki.
Yoluna baxmayır ki,
Gözümü itirmişəm.
İllər keçir çox yeyin,
Qalmayıb ki baş-beyin.
Tapsanız mənə deyin,
Özümü itirmişəm.
Kayıt Tarihi : 1.09.2026 05:58:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!