Nuhun gemisi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3818

ŞİİR


29

TAKİPÇİ

Nuhun gemisi


Bulud səndən aşağıymış,
Xəyalımın ağ ruhu.
O, dünənin uşağıymış,
Hardan tanısın Nuhu.

Hardan bilsin adil insan,
Xilaskarmış bir zaman.
Qəfil yağanda gur leysan,
Xalq diləyərmiş aman.

Yığıb sadə gəmisinə,
Günahsız insanları.
Dönüb xalqın hamisinə,
Dəf etdi tufanları.

Üzdü suların qoynunda,
Nələrə dözdü, batmadı.
Küləklə suyun oynunda,
Yalmanına yatmadı.

Çapıb keçdi göy suları,
Dalğalar yara-yara.
Səpələdim arzuları,
Tez çatsın nakam yara.

Sevinc Arzulu
Kayıt Tarihi : 14.07.2026 05:51:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!