Nədən belə şair könlüm,
Sevincinə qəm qarışıb.
Şəkər tökdün, deyil şirin,
Çayın deyən kəm qarışıb.
Qara geyib bu olacaq,
Sinən altı buz olacaq.
Yanmayacaq bu od-ocaq,
Qurusuna nəm qarışıb.
Düşmüsən möhnət quyuna,
Kim su içə,kim yuyuna.
Bir bax Kür-Araz suyuna,
Sanki suya dəm qarışıb.
Həsrət şirin məqam deyil,
Qışda dolu yağan deyil.
Bu, sevdiyim muğam deyil,
Zilinə pəs, bəm qarışıb.
Göy buludun tökdüyü nə,
Qəmin daş-daş sökdüyü nə.
Sənin daim çəkdiyinə,
Daha acı təm qarışıb.
Kayıt Tarihi : 30.6.2018 09:17:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!