Güvən mənə, sənin üçün göylərdən
Uzaq- uzaq ulduzları dərim mən…
Hər ulduzun üzərinə canımdan
Bir parçanı qoyub sənə verim mən ….
Güvən mənə, ay ömrümün bəzəyi,
Yığım bütün dünyadan gül- çiçəyi ,
Ləçəkləyim, sonra da hər ləçəyi
Ayağının düz altına sərim mən …
Güvən mənə, güvənindən güc alım ,
Sənlə birgə zirvələrə ucalım….
Səndən başqa qoy hər şeyə kor qalım,
Gözlərində bu dünyanı görüm mən ….
Güvən mənə , nə etsək də bir edək,
Bu dünyanın ən sonuna gəl, gedək,
Sevgi ilə can deyib can eşidək,
Sənlə birgə xoşbəxt ömür sürüm mən …
Etibarla , inamla bax üzümə,
Sən güvənsən, güvənərəm özümə,
Güvən itsə, əyri baxsan düzümə,
Yaşamağın nə mənası… ölüm mən…
Kayıt Tarihi : 12.1.2025 23:25:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!