Ən bahalı qumaşlara bükələr,
Qabağına dünya malın tökələr,
Bundan belə hər nazını çəkələr..
Bu ürəyi ovudarmı? Ovutmaz…
Aləm gələr, el yığılar tüstünə…
Qürur durar bu sevginin qəsdinə…
Dənizləri gətir boşalt üstünə,
Xəyanəti soyudarmı…soyutmaz…
İstəyərsən başı işə qatasan,
Fikirləri düşüncəndən atasan…
Gecələri hamı kimi yatasan…
Xatirələr uyudarmı… uyutmaz…
O qürur da göydən yerə enəcək,
O inad da nə zamansa sönəcək…
Bütün hisslər bir gün geri dönəcək…
Güvən getsə qayıdarmı… qayıtmaz…
Kayıt Tarihi : 5.1.2025 17:31:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!