Gittin Şiiri - Dr İlhame Müslümova

Dr İlhame Müslümova
60

ŞİİR


3

TAKİPÇİ

Gittin

Bahar yağışıydın mənim ömrümdə,
Dəli küləklərə qoşulub getdin….
Sənlə tərgitmişdim ağlamağı mən…
Gülən gözlərimdə yaş olub getdin…

Olmazsa olmazım, nəfəsim idin,
Sən mənim yaşamaq həvəsim idin…
Sən mənim hər şeyim, hər kəsim idin…
Köçəri misalı quş olub getdin…

Deyirdin, qoymaram çəkəsən kədər,
Deyirdin, sevgimiz olmasın hədər,
Deyirdin….saçımdan dırnağa qədər
Səninlə doluyam… boş olub getdin…

Mən kor aşiqmişəm xəyallar quran,
Sən - amansız fələk….ümidlər qıran …
İllərdir qəlbimin səninçün vuran,
Sən olan yerində daş olub getdin….

Dr İlhame Müslümova
Kayıt Tarihi : 12.1.2025 23:47:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!