Gül düzdünmü heç Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3818

ŞİİR


29

TAKİPÇİ

Gül düzdünmü heç

Xatirələrə bükülüb,
Yandır sən Simurq tükünü.
Ayrılığın qəm yükünü,
Əlac tapıb çözdünmü heç.

Tez dur, boylan sübh danına,
Günəşin doğum anına.
Vüsalının hicranına,
Həsrətinə dözdünmü heç.

Arxamızda ömr dayanıb,
Gah qara, gah ağ boyanıb.
Bir gecə qəfil oyanıb,
Otaqları gəzdinmi heç.

Hara saldın güzarını,
Bilmədin ki azarını.
Görəndə dost məzarını,
Ürəyini üzdünmü heç.

Ayrılıqdan dad eyləyib,
Gedənləri yad eləyib,
Ruhunuca şad eləyib,
Üstünə gül düzdünmü heç.

Sevinc Arzulu
Kayıt Tarihi : 14.07.2026 05:59:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!