Gül Şiiri - Efe Can Gümüş

Efe Can Gümüş
15

ŞİİR


1

TAKİPÇİ

Gül

Neçə gözəl sevmişəm mən,
Onlara gül demişəm mən,
Könlümü də vermişəm mən.
Sevsə əgər, gerçək olsun,
Gün olmasın, ömür olsun.

Həmdəm olsun, yar olmasın,
Bu könlümə har olmasın.
Dünya mənə dar olmasın,
Gülsə əgər, solmaz olsun,
İl olmasın, yüz il olsun.

Gül olsa səhra da açar,
Nəçə aşiq ondan qaçar,
Dallarında tikan açar,
Batsa əgər, pambıq olsun,
Zəhr olmasın, dərman olsun.

Qonça kimi bir gözələ,
Heç açmamış bir çiçəyə,
Dəniz dəyməmiş küləyə,
Mənə əgər könlü olsun,
Könlüm verim, onun olsun.

Efe Can Gümüş
Kayıt Tarihi : 19.3.2025 03:12:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!