De, nədən keçməyir şən həytımız,
Heç əskik olmayır dərd bayatımız.
Göylərdə çaparsa vüsal atımız,
Gözündən qaçacaq gülüm, qəm mürgün.
Böyük bir eşq ilə sevdiyim üçün,
Bu yolda min riskə getdiyim üçün,
Sözün doğrusunu dediyim üçün,
Ən uzaq adaya edildim sürgün.
Başımın üstündə qara bulud var,
Köksümdə qəm çalan həzin bir ud var.
Könlümdə dəli bir istək, ümid var,
Yəqin görüşərik sənlə biz bir gün.
Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 10:15:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!