30.06.2002/AZERBAYCAN,MASALLI
Qəflət Yuxusu(Azerbaycan Türkcesiyle)
Aç gözlərini,oyan qəflət yuxusundan.
Dinlə məni,söyləyim sənə bu dərdi-dünyadan.
Bir an belə olsa uzaqlaş maldan,mülkdən,paradan.
Dərk eylə ki dördbir tərəf olmuş sənə zindan!
Elə bir zindan ki bu bəhsə mövzu
Onun vardır nə divarı nə də damı.
Elə bir zindan ki bu bəhsə mövzu
Azadlıqdır onun namü-nişanı.
Ey dərdə sahibi insan,qulaq ver mənə.
Axtarıram Adəm övladının dərdinə çarə.
Bir od düşmüşdür sanki sinəmə.
Lakin nə ümidsizəm nə də divanə.
Bilirəm vəziyyəti-dünya sövq edir ümidsizliyə.
Görünür kimsədə qalmamış vicdandan,insafdan bir nişanə.
Lakin əlbəttə yaraşan bir möminə.
Olmaqdır ümidvar yeni bir günə.
Kayıt Tarihi : 2.08.2026 08:37:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!