Əlimi sıxdın qəfil,
Həsrəti yıxdın qəfil.
Günəş tək çıxdın qəfil,
Dağıtdın dumanımı.
Neynirəm qəlbi koru,
Ruhu insanı yoru.
Tanrım, sən özün qoru,
Məndən qəlb umanımı.
Zəng etsəm duruxursan,
Səsimdən karıxırsan.
Mənimçün darıxırsan,
Yanıltma gümanımı.
Tanrım, rəhm et yarıma,
Tərlanıma, sarıma.
Bu dünyanın varına,
Gözünü yumanımı.
Qızılgüllər tərdi çox,
Namərdim az, mərdim çox.
Bilirsən ki dərdim çox.
Eh, kəsmə amanımı
Kayıt Tarihi : 8.4.2021 05:54:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!