Çocuktu gönlüm Şiiri - Dr İlhame Müslümova

Dr İlhame Müslümova
60

ŞİİR


3

TAKİPÇİ

Çocuktu gönlüm

Baxma hər möhnətə, cəfaya dözür,
Baxma ki, güclüdü, qoçaqdı könlüm…
Birdən də küsərək dodağın büzür…
Hər yaşda bir azca uşaqdı könlüm…

Deyilən hər sözə inana bilir,
Bəzən düşməni də dost sana bilir,
Bir yalan gülüşə aldana bilir,
Hər yaşda bir azca uşaqdı könlüm…

Olsa da ömrünün artıq qışında,
Uşaqlıq havası qalıb başında…
Onu qınamayın siz bu yaşında…
Hər yaşda bir azca uşaqdı könlüm…

Nə qədər var olsa, ucalsa belə,
Böyük zirvələrdən tac alsa belə,
Hər yaşda bir azca qocalsa belə,
Hər yaşda bir azca uşaqdı könlüm…

Qorxutmaz gözünü payızlar, qışlar,
Kin nədi, bilməz o…səhvi bağışlar…
Xətrinə dəyməyin, dostlar-tanışlar,
Hər yaşda bir azca uşaqdı könlüm !

Dr İlhame Müslümova
Kayıt Tarihi : 5.1.2025 17:04:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!