Bir bucaq gəzirəm…hamıdan uzaq…
Oturub doyunca ağlamaq üçün…
Şəfqət axtarıram dostun gözündə,
Qanayan yaramı bağlamaq üçün…
Bəzən körpüləri özüm yıxıram,
Bəzən hiddətlənib dişim sıxıram…
Bəzən də çəkilib yoxa çıxıram…
Kimdə nə qədərəm … yoxlamaq üçün…
Deməyin hər şeyi tez unuduram,
Köhnə xatirəni təzə tuturam.
Kitab arasında mən quruduram
Sevdiyim ləçəyi qoxlamaq üçün…
İslanır qələmim gözün yaşında,
Qəlbimi qoyuram misra başında,
Şeir sevənlərin söz yaddaşında
Bir ovuc xatirə saxlamaq üçün…
Kayıt Tarihi : 5.1.2025 17:41:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!