Bürcün fehmi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Bürcün fehmi

Atını dördnala çapdı,
Yenə istədiyin yapdı.
Arayıb da məni tapdı,
Nə itiymiş bürcün fəhmi.

Vüsal yerin bərkidəməz,
Həsrət işin tərgidəməz.
Sanırdım ki ürküdəməzr,
Qorxuluymuş əcrin zəhmi.

Yenə də xar gözün süzdü,
Sözləri muncuq tək düzdü.
Bəlkə ondur, bəlkə yüzdür,
Gizlətdimi mücrün səhmi.

Budağına donub qaldım,
Asta-asta yonub qaldım.
Görən kimi donub qaldım
Nə ağırmış hicrin zəhmi.

Sevinc Arzulu
Kayıt Tarihi : 9.11.2021 08:46:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu