Azalmır dünyanın hiylə-kələyi,
Yenə də səmadan dərd-qəm ələyir.
Qapımı döyəndə ölüm mələyi,
Əcəlin özünə güləcəm, vallah.
Dönəcəm vüsalın tək pənahına,
Batacam dünyanın eşq günahına.
Üz tutub görünməz səcdəgahına,
Dərdimi Tanrıyla böləcəm, vallah.
Məhəbbət yad deyil adi şaha da,
Aşiqlər baş əyməz padişaha da.
Azalmır ağrısı, artır daha da,
Öləndə başımdan öləcəm, vallah.
Vüsalın evini həsrət yıxmayır?!
Üz-üzə gələndə əlin sıxmayır.
Demə ki, sevgidən başım çıxmayır,
O qəmli gözünü siləcəm, vallah.
Eşqini qəlbimdə uyutmayacam,
Ağ vüsal quşunu uçurtmayacam.
Mən səni heç zaman unutmayacam,
Qədrini əbədi biləcəm, vallah.
Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:12:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!