Ayrılığı dilər kim,
Göz yaşını silər kim.
De, öldürə bilər kim,
Içimdəki ölümü.
Güclü küləklər əsər,
Yağış yağar sərasər.
Necə olaq bərabər,
Bumu bəxtin bölümü.
Mələklər bəsləyirəm,
Dostluğa səsləyirəm.
Bir igid istəyirəm,
Qurutsun qan gölümü.
04.03.2019
Kayıt Tarihi : 9.3.2019 09:57:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!