Bextimin aynasında Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Bextimin aynasında

Sevincində, nəşəsində
Isti, sıcaq guşəsində.
Sən könlümün şüşəsində.
Bəxtimin ağ aynasında.

Çəkərək el misalını,
Görək eşqin timsalını.
Çağır gəlsin vüsalını
Əl qaldırıb oynasınn da...

Yolumuz düşər qürbətə,
Salar bizləri zillətə.
Tapşır qurdağız həsrətə
Gözlərimi oymasın da...

Parlaq nur saçmır günəşim,
Azalıb qızılım gümüşüm.
Əskilməsin heç gülüşüm.
Qəm çəkməyə qoymasın da...

Sevmisən eşq dildarını,
Dəyişdirmə güzarını.
Axtar, ara nigarını,
Vüsalından doymasın da...

Sevinc Arzulu
Kayıt Tarihi : 9.11.2021 08:48:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu