Mən elə bilirdim, gəlib ömrümə,
Məni ömür boyu var edəcəksən…
Daha bilmirdim ki, geniş dünyanı
Bu sevən qəlbimə dar edəcəksən….
Deyirdim , Allahım səni yetirib….
Ömrümə nur saçıb….çiçək bitirib…
Axı nə biləydim, qışı gətirib
Qara zülflərimi qar edəcəksən….
Yaralı ürəyə vurursan yara,
Salırsan sən məni gör, nə hallara?!
Mən hardan biləydim, gecəmi qara,
Gündüzümü ahu - zar edəcəksən…
Deyirdim, alarsan ələ qələmi,
Çəkərsən sevinci, silərsən qəmi….
Daha düşünmürdüm…. dərdi-ələmi
Çırpınan ruhuma yar edəcəksən…
Tək sənə deyirdim dərdi-sərimi…
Sənə bağlamışdım ümidlərimi…
Nə biləydim…. olub eşqin qənimi ,
Həyatımı tari - mar edəcəksən….
Kayıt Tarihi : 12.1.2025 23:43:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!