Mən səndən, əzizim, elə gedərəm…
Yüz cür əndişəyə, fikrə dalarsan…
İzimi-tozumu tapmazsan belə,
Bütün dost-tanışa xəbər salarsan…
Mən səndən ,əzizim, elə gedərəm…
Bütün gedənlərin çıxar yadından…
Söyərsən özünün pis qürurunu,
Küsərsən özünün tərs inadından…
Mən səndən, əzizim, elə gedərəm…
Bircə baxışıma həsrət qalarsan,
Elə yer edər ki sənə gedişim,
Özün öz qəlbindən töhmət alarsan…
Mən səndən, əzizim, elə gedərəm …
Bu boyda dünyada qalarsan yetim,
Qulağın tutular səssizliyimdən,
Mat qoyar ağlını bu dəyanətim…
Mən səndən, əzizim, elə gedərəm…
Səsimi dərdinə dərman deyərsən…
Yapışıb durarsan telefonlardan,
Bir “alo” səsimə qurban deyərsən …
Mən səndən,əzizim,elə gedərəm…
Dünyanı başına yıxaram sənin,
Özün ölümünü arzulayarsan…
Bax… onda halına baxaram sənin…
Kayıt Tarihi : 6.1.2025 19:54:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!