Başdan yaratdı meni Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3818

ŞİİR


29

TAKİPÇİ

Başdan yaratdı meni

Danışma sən ölümdən,
Ən sonuncu bölümdən.
Doğuldum öz külümdən,
Başdan yaratdı məni.

Mən dünyanın dinci tək,
Fərəhi, sevinci tək.
Parıldayan inci tək,
Qaşdan yaratdı məni.

Göydən dərd-ələm yağır,
Köməyə məni çağır.
Qaya kimi sərt, ağır,
Daşdan yaratdı məni.

Yer göyə təslim oldu,
Payız son fəslim oldu.
Oksigen sim-sim oldu,
Haşdan yaratdı məni.

Kədər təbəssüm eytdi,
Qüssə tənasüb etdi.
O qədər təəssüf etdim,
“KAŞ”dan yaratdı məni.

Sevinc Arzulu
Kayıt Tarihi : 14.07.2026 05:53:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!