Bu qədər möhnəti haradan tapır,
Zaman təndirinə bildiyin yapır.
Yenə də atını dördnala çapır,
Yamanca qorxuram ayrılıqlardan.
Gün-gündən artırır gücün-qüvvətin,
Deyən qardaşıdır zalım həsrətin.
Görən kimdən alır bunca qüdrəti,
Yamanca qorxuram ayrılıqlardan.
Əlinə nə gəldi, basıb da yeyir,
Dünyanın ən böyük libasın geyir.
Dəmir əli ilə qapımı döyür,
Yamanca qorxuram ayrılıqlardan.
Bir qətrə azalmır zamanla kini,
Sanki inildəyir kamanca simi.
Üstümə atılır tapança kimi,
Yamanca qorxuram ayrılıqlardan.
Çətin ki möhnəti başa çatacaq,
Qaxıncı, töhməti başa çatacaq.
Nə zaman möhləti başa çatacaq,
Yamanca qorxuram ayrılıqlardan.
Kayıt Tarihi : 6.4.2025 09:01:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!