Çalğın ilə ürəkləri,
Bir andaca fəth etdin.
Arzuları, diləkləri
Tarındaca mədh etdin.
Böyü, tarın atası ol,
Sən də baban Qurban tək.
Asim, asların ası ol,
Qocalma heç, zaman tək.
Sənin ilə fəxr eyləsin,
Ata-anan, qohum dost.
Məclislərdə söylənilsin,
Şəninə ən gözəl tost.
Mizrab tutan barmaqların,
Çalmaqdan yorulmasın.
Ağacının yarpaqları,
Küləklə sovrulmasın.
Yəqin günlərin bir günü,
Xalq artisti olarsan.
Dəyişməz ki səsin, ünün
Olduğun tək qalarsan.
28.04.2018
Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2018 08:28:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/04/29/asim-5.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!