Kipriyini ulduzlarmı sanatmış,
Hər birisi ox tək qəlbi qanatmış
Nədən belə ayrılığa can atmış,
Nədən belə sağır oldu gedişin.
Yazılmamış bir romandım, əsərdim,
Eh, yeliinə külək olub əsərdim.
Gəlişinə min bir qurban kəsərdim,
Aciz oldu, fağır oldu gedişin.
Tilsimini açammmadım, ürəyim,
Günəş tək nur saçammadım, ürəyim
Həsrətindən qaçammadım, ürəyim
Dağlar qədər ağır oldu gedişin.
Kayıt Tarihi : 2.7.2021 19:08:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!