Dalğalanan o bayrağa həmişə qurban canım
Əbədi yaşasın mənim can Azərbaycan’ım
Soyum Oğuz ellərindən nə xoşbəxt ki Əfşarım
Salam olsun bütün Əfşar ellərinə
Azərbaycan’ın dünənidir Əfşar
Əfşar Türk’ü ucaltmaq üçün yaşar
Bu qanda Türklük damarlardan daşar
Salam olsun bütün Əfşar ellərinə
Şanlı Əfşar unutmaz Türk olduğunu
Bu cahanda Türklükle var olduğunu
Şahənşah Nadir xanın öz nəvəsi olduğunu
Salam olsun bütün Əfşar ellərinə
Turandır bu millətin tək yolu
Arxasında böyük Əfşar boyu
Tükənməz heç vaxt Türk’ün soyu
Salam olsun bütün Əfşar ellərinə
Bizi yaşadan damarımızdaki qandır
Bizə həyat verən Türklük üçün vetilən candır
Əfşarların şahı böyük Nadir xandır
Salam olsun bütün Əfşar ellərinə
Bütün cahan bələddir Türk millətinə
Əqidəmizi satmarıq bu dünyanın sərvətinə
Həsrətik biz ulu Turan dövlətinə
Salam olsun bütün Əfşar ellərinə
Kayıt Tarihi : 12.6.2025 15:49:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Nadir Şah Əfşar
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!