Başına yığılıb qohum,dost-tanış,
Sevinc ilə qeyd elə ad gününü.
Sidq-ürəkdən şadlan,sevin,gül-danış,
Sevinc ilə qeyd elə ad gününü.
Birdən əgər düşsəm sənin yadına,
Xatirələr yetər onda dadına.
Bu şe`rimi bağışlaram adına,
Sevinc ilə qeyd elə ad gününü.
Vüsal sözü vaxtımıza düşmədi,
Vüsal közü taxtımıza düşmədi,
Vüsal özü baxtımıza düşmədi,
Sevinc ilə qeyd elə ad gününü.
Qoy tökülsün gözlərindən nur,gülüm,
Məhəbbətin sağlığına vur,gülüm.
Sevinc ilə yeni dünya qur,gülüm,
Sevinc ilə qeyd elə ad gününü.
Sevinc dostun sevgisini qazandı.
Sevinc çətin düz yolundan azandı.
Sevinc təkcə sənə şeir yazandı,
Sevinc ilə qeyd elə ad gününü.
Ən duyğulu,fərəhli,şad gününü.
Kayıt Tarihi : 13.6.2018 07:01:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!