Zamanın bulanıq göy sularında,
Balıq tuta-tuta böyümüsən sən.
Padişah olmusan yuxularında,
Ayılıb özünlə öyünmüsən sən.
Sanmısan bu yer də, göy də sənindir,
Ürəyin istəsə sata bilərsən.
Bu buzdan tikilmiş öy də sənindir,
Içində büzüşüb yata bilərsən...
Daha bilmədin ki sən ayağını,
Yorğan ölçüsünə uzatmadın ki.
Yatırdın dünyanın ən oyağını,
Yorğun elçisinə söz atmadın ki...
Indi pəncərən də qırıq qapıtək,
Gələnə-gedənə hey əl eyləyər.
Gün-gündən şişirsən balta sapı tək,
Qanmazın önündə qanan neynəyər.
25.07.2019
Kayıt Tarihi : 25.7.2019 11:58:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!