Zamanın gedişi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Zamanın gedişi


Zamanın gedişi şahmat deyil ki,
Atın gedişini əvvəkldən bilim.
Insanlıq libasın elə geyin ki,
Sənə dua etsin dodağım –dilim.

Ömür sür duanın alqışı altda,
Ömür sür astaca səda- səmirsiz.
Ruhun cövlan etdsin yuxarı qatda,
Yerdəki odansa sadə, təmirsiz...

Bəzən ürəyimin alt qatındakı,
Xatirən tərpənib yerin bildirir.
Bəzən də sinəmin daş çatındakı,
Toz da üsyan edib özün sildirir.

Nə sözün söz oldu, kəlamın kəlam,
Nə yanan ürəyə azca su səpdin.
Mənsizlik sənə də çox düşdü, balam
Əkdiyim torpağı yenidən təpdin.

Indi ay işığı gecələr daha,
Arayıb axtarıb məni tapmayır.
Boylanıb baxıram dünə, sabaha
Zaman ağ atını asta çapmayır...

Sevinc Arzulu
Kayıt Tarihi : 25.2.2021 05:20:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu