Təzələnir qan yaddaşım,
Bəzən ağır olur daşım.
Baha başa gəlir yaşım,
Yorulmuşam yaman, dünya.
Nə suala cavabın var,
Nə də bircə savabın var.
Dözülməyən əzabın var,
Heç vermirsən aman dünya.
Yaşadığım açılmaz sirr,
Sevdiklərim gedir bir-bir.
Geci-tezi olur-bitir,
Ürəyimə daman ,dünya.
Yığılarmı dərdin kəfi,
Nə faydası, nə də nəfi.
Hazır durub tarı, dəfi,
Qəlb inləyən kaman, dünya.
Yağış sakit, fağırsa da,
Göydən dolu yağırsa da.
Hey çağırıb bağırsaq da,
Geri gəlməz zaman dünya.
Kayıt Tarihi : 1.09.2026 06:06:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!