Yuxuma gelme (uykuma gelme)

Tural Hasanli
5

ŞİİR


0

TAKİPÇİ

Yuxuma gelme (uykuma gelme)

Hər gecə yuxuma niyə gəlirsən?
Mən evli adamam yuxumdan əl çək.
Bir gecə yuxuma girib yoldaşım,
Qorxuram qəfildən səni görəcək.

Necə ki tərk edib getdin bir zaman,
Çıx get yuxumdan da, yuxu mənimdir.
Xəbərsiz, zamansız bu gəlişlərin,
Mənim öz yuxuma xəyanətimdir.

Çıx get yuxulardan yığış evinə,
Bilirsən yuxunu yozarlar min cür.
Bax sonra hamının düşər dilinə,
Bu yaşda sən evdə qalarsan məcbur.

Bu qız saymır məni, eşitmir yenə,
Fırlanır, dolanır yuxuma girir.
Siz Allah, tələsin oyadın məni.
Bu yuxu deyəsən mənimki deyil.

Tural Hasanli
Kayıt Tarihi : 11.9.2017 08:52:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Hikayesi:


Eski sevgiliye...

Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Tural Hasanli