Ürəyimi…
Taledən, qismətdən gen qaçmaq olmur,
Mən sənə vermişəm öz ürəyimi…
Deyirlər qəlizəm, baş açmaq olmur…
Sən adam sərrafı….çöz ürəyimi…
Bu qədər biganə qalırsan niyə?
Bu ürək ömürlük sənə hədiyyə…
Bəzən soyuqluğun söndürər deyə
Üfürdüm alışsın, köz ürəyimi…
Can dedim… eşitdim çordan-zəhərdən…
Üzüldüm qəhərdən , öldüm kədərdən…
Boşaltdım ağ kağız üstünə hərdən
Misra baxışımı , söz ürəyimi….
Sevgidən ömürlük dilin yansa da ,
Könlün yalanlara çox aldansa da ,
Ağlın hər ürəyi əyri sansa da,
Hamıya tay tutma düz ürəyimi …
Getməyə tələsmə, tanı öncə sən…
Qonaq ol…qalarsan əgər istəsən…
Gəl qur öz taxtını, sahibi sənsən…
O başdan- bu başa gəz ürəyimi….
Bu ürək eşqinə vəfasız olsa ,
Nə vaxtsa könlünü gümana salsa,
Səndən başqa ora bir ad yazılsa…
Razıyam, ovcunda əz ürəyimi…..
Kayıt Tarihi : 12.1.2025 23:44:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!