Bir az şərabındı,bir az meyindi,
“Niyə gec gəlmisən?”-deyə deyindim.
Başdan ayağadək bəyaz geyindim,
Ölümün ağ əli toxundu mənə.
Əcəlin var imiş mənlə davası,
Ağırmış dünyanın nəmli havası.
Dinlədim lap həzin,qəmli avazı
Qurandan tək surə oxundu mənə.
Sən də mənim kimi qəflətən ölmə,
Dünyanı qaraya,ya ağa bölmə.
Qəbrimin üstünə gəlmirsən,gəlmə
Məgər dörd qərənfil yoxundu mənə?!
Sevinc Arzulu
Kayıt Tarihi : 20.6.2018 15:45:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!