Çiçək dolu bir guşəyəm,
Yaşıl,canlı gur meşəyəm.
Boynubükük bənövşəyəm,
Solmamışam,kol üstəyəm.
Olacaq xoş çağım mənim,
Gül açıbdır bağım mənim.
Zəif düşüb sağım mənim,
Onunçun də sol üstəyəm.
Işlərimə qarışmayın,
Düşmənimlə barışmayın.
Saxlamağa çalışmayın,
Gedəriyəm,yol üstəyəm.
Kayıt Tarihi : 13.6.2018 10:42:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!