Nədəndir gözlərim yaş ilə dolu,
Nədən ürəyimin həniri gəlməz.
Nədəndir sözlərim “kaş” ilə dolu,
Kimsə sevdiyinin yerini verməz.
Qəmlidir bir zaman gülən baxışın,
Eh, hicran yaman tez qapını döydü.
Yağmasın gözündən payız yağışı,
Nə torpaq qaradır, nə səma göydür.
Kimin ürəyini alıb aparıb,
Ayrılıq havası çalan musiqi.
Qəlbimdə qasırğa, tufan qoparıb,
Məni bu hallara salan musiqi.
02.05.2017
Kayıt Tarihi : 25.4.2018 10:25:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!