Yaz selleri Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3774

ŞİİR


28

TAKİPÇİ

Yaz selleri

Hər baxanda gərəyimə,
Atəş düşər ürəyimə.
Ox saplanar kürəyimə,
Görəndə bəyaz telləri.

Ev üstə göyərçin qonar,
Əmin yer olduğun sanar.
Könül tənhalıqdan donar,
Üşüdər ayaz yelləri.

Başının üstündə durur,
Hər işini fələk burur,
Gülü solub, torpaq quru.
Çağlayar bu yaz selləri.

Yalnış xəyala dalmayın,
Son ümidin də almayın.
Belə didərgin salmayın,
Siz incidin az elləri.

Sevinc Arzulu
Kayıt Tarihi : 13.12.2021 07:59:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu