Bir azca qocalmışıq,
Fələkdən bac almışıq.
Nənə tək ucalmışıq,
Onlarsız könül sızlar.
Mənim yaşıdım qızlar.
Bəzədilər dünyamı,
Fizulisi, Xəyyamı.
Daha keçdi əyyamı,
Hanı o işvə-nazlar.
Mənim yaşıdım qızlar.
Ilahidən payımsız,
Günəşimsiz, ayımsız.
Mənim isti yayımsız,
Sizsiz ürəyim buzlar.
Mənim yaşıdım qızlar.
Göydən yerə enməz ki,
Tanrı nuru sönməz ki,
Bir də geri dönməz ki,
O baharlar, o yazlar.
Mənim yaşıdım qızlar.
Kayıt Tarihi : 14.07.2026 05:55:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!