Yaradıcılıq İntiharı Şiiri - Habil Yaşar 2

Habil Yaşar 2
19

ŞİİR


0

TAKİPÇİ

Yaradıcılıq İntiharı

Kitablarını qaranlıqda yazıb,
işığa qənaət edənlər,
heç zaman bilməyəcəklər
xoşbəxtliyin nə olduğunu.

Göydən üç alma da düşməyəcək,
nə də heç olmasa biri.
Əksinə dəlmə-deşik tavanlarından,
yağışlar yağacaq içəri.
Otaqda
bir şam əriyəcək
yazarın ürəyi kimi.
pərvanələr uçacaq,
bədbin duyğular kimi.
Əzilmiş vərəqlərin,
köhnə hekayələrindəki qəhrəmanlar,
dünyaya çıxa bilmədikləri üçün
şikayətlənəcək.
yeni bir qəhrəman yaradıb,
onu da
bizim kimi,
zirzəmidə həbs etməyə haqqın yoxdu deyə bağıracaqlar.
Üsyan bürüyəcək otağı...
mürəkkəb yerinə qan axacaq,
vərəqlərin arasından.
qələmi sındırılacaq yazıçının
olan-qalan ümidləri kimi.
Bu mənzərədən,
ilhamın da qaralacaq qanı,
yazıçını tərk edib
yetim buraxacaq arzularını.
Və beləcə
intiharı başlayacaq yaradıcılığın.

Qapılarını döyməyəcək şansın,
mərhəmətinə sığınanlar,
sonunda anlayacaqlar
aldandıqlarını.

Habil Yaşar 2
Kayıt Tarihi : 2.2.2019 21:05:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Habil Yaşar 2