Gözündə uyğusu çoxdu,
Ayrılıq duyğusu toxdu.
Cavandı, qayğısı yoxdu,
Yüz deyərdi,bir gülərdi.
Alqışı min,duası min,
Dilindən düşməzdi “amin”.
Daynardı haqqa zamin,
Nahaqqısa süngülərdi.
Şehli çəmənlərdə gəzən,
Astaca otları əzən.
Öz taxtından bezib bəzən,
Ayaqüstü mürgülərdi.
Sərin külək kimi əsən,
Söylə mənə kimsən, nəsən.
Bal vüsala yolu kəsən,
Daş divar tək hörgülərdi.
Qəlbimizi sıxan, dostum,
Evimizi yıxan, dostum.
Qarşımıza çıxan, dostum,
Artıq yanmış körpülərdi.
Kayıt Tarihi : 15.8.2023 09:40:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!