Min arzu, min istək, dilək verdiyin,
Çətində hər zaman köməkverdiyin.
Sənə qəsd eylədi çörək verdiyin,
Beləcə alışıb yanma, Türkiyəm,
Sən bizə dayaqdın haqq savaşında,
Dronlar oynadı düşmən başında.
Sənin kədərindir gözüm yaşında,
Düşmənli olduğun danma, Türkiyəm.
Gün gündən güclənib şad olsan da sən,
Qərbin ürəyinə yad olsan da sən,
Indi neçə yerdən od alsan da sən,
Onlara dost deyib anma, Türkiyəm.
Tezliklə qurtarar atəşin dava,
Daha kül qoxumaz billur tək hava.
Çıxar aydınlığa masmavi səma,
Özünü tək-tənha sanma, Türkiyəm.
Kayıt Tarihi : 5.8.2021 06:51:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2021/08/05/yanma-turkiyem.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!