Baxmaginən kipriyinə-qaşına,
Bişirdiyi zəhər kimi aşına.
Özü boyda daş da düşsün başına,
Ayrılığın intiqamı yamandır.
Eşidirsən, hamı ondan danışır,
Ola bilməz ayrılıqla barışıq,
Ətrafına yığar dostu-tanışı,
Ayrılığın izdihamı yamandır.
Zülmətin içində qaranlıq batar,
Gecəni çox sevər, gündüzlər yatar.
Duran yerdə sənə elə şər atar,
Ayrılığın ittihamı yamandır.
Kayıt Tarihi : 2.10.2025 10:19:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!