Yağış (yağmur) Şiiri - Dr İlhame Müslümova

Dr İlhame Müslümova
60

ŞİİR


3

TAKİPÇİ

Yağış (yağmur)

Yenə yağış yağır şəhərin üstə…
Yenə xatirimə gəldi ilk görüş…
Damlalar bərq vurur tellərin üstə …
İslaq küçələrdən o ilk yürüyüş….

Onda xoşbəxt idik sənlə ikimiz,
Onda bu ayrılıq yox idi hələ…
Yağışın altında saatlarca biz ,
Rəqs edə bilirdik verib əl -ələ …

Uçmağa qanadın yox idi onda,
Tellərin islanmış, yaş idi o gün…
Nə sənin inadın yox idi onda…
Nə mənim ürəyim daş idi o gün…

Sən demə ayrılıq gendən baxırdı…
Şübhələr bir soyuq baxışla gəldi…
Biz tanış olanda yağış yağırdı…
Ayrılıq özü də yağışla gəldi …

Tanıdım həsrəti naxışlarından
Niyə bu sevgidən gözün çəkmədi?
Bu sevgi o ilin yağışlarından
Daha az yaşadı, uzun çəkmədi…

O gün sən duymadın ruhum bağırdı((
O gün çox ağrıtdı yaddaşımı da…
Yaxşı ki həmin gün yağış yağırdı..
Yaxşı ki gizlətdi göz yaşımı da…

Yaxşı ki səninçün yola dikilən
Yollardan gözümü alıb qopardı …
Nə yaxşı yağış var göydən tökülən …
Yaxşı ki səni də yuyub apardı ….

Yenə yağış yağır şəhərin üstə….
Çiynim pəncərəyə yaslanır indi…
Bir vaxt biz islanan o küçələrdə
Köhnə xatirələr islanır indi….

Dr İlhame Müslümova
Kayıt Tarihi : 5.1.2025 17:56:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!