Yadına düşdüm Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Yadına düşdüm


Gözümə sığmayan uyğularımla,
Şeirə çevrilən duyğularımla.
Min bir iztirablı qayğılarımla,
Mən dəli sevginin oduna düşdüm.

Pərvanətək bu atəşə hey yandım,
Özümü dünyanın sultanı sandım.
Qəlbimdə sevdimsə, aşkarda dandım,
Bir gizli sevdanın badına düşdüm.

Qalmayıb ürəkdə nə taqət, dözüm,
Dönsən alışacaq qor olan közüm.
De, nədən yaşardı bir anda gözün,
Deyəsən qəflətən yadına düşdüm.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 17:43:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu