Ah..Könül mülkümün qalası gedib,
Atamın bir oğul balası gedib.
Daha gözlərimin alası gedib,
Nəyim var itirim bu yaşda mənim...
Olmaz ki əvvəlki sevincim, nəşəm,
Könlümün yarasın oyadam, deşəm.
Özgəylə öc düşmək deyil ki peşəm,
Saçlarım ağarıb savaşda mənim.
Günəş nuru ilə torpağı dəlir,
Burnuma təndirin qoxusu gəlir.
Yenə də tüstüsü göyə yüksəlir,
Gözlərim qalıbdır lavaşda mənim.
Mən də bu obanın şair qızıyam,
Sevdalı qəlbimlə güllü yazıyam.
Kəlamın çoxuyam, sözün azıyam,
Şerim qalacaqmı yaddaşda mənim?
Kayıt Tarihi : 18.12.2019 07:14:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
TÜM YORUMLAR (1)