Daha danışmıram eşq-məhəbbətdən,
Yaşarmır gözlərim acı həsrətdən.
Xəbər gözləmirəm uzaq qürbətdən.
Ürəyim bir boş məhəbbət odası.
Bənzəyirsən tənha qalmış qurda sən,
Dönəcəksən geri,doğma yurda sən.
Axtardığın tapacaqsan burda sən,
Mənim könlüm xəzinələr adası.
Çoxu gedib,azı qalıb ömrümün,
Uçub Göy gölündən qazı ömrümün.
Daha cilvələnmir nazı ömrümün,
Yoxdur daha əvvəlki tək ədası.
Kədərim lalənin üzündə xaldır,
Əlini ver mənə,ucaya qaldır.
Könlüm səmalarda süzən qartaldır,
Gələr bir gün uzaqlardan sədası.
Icazə ber.daxil olum köşkünə,
Ətir qatım,ənbər qatım müşkünə.
Şeir çıxdı Sevincin də püşkünə,
Nə gizlədim səndən daha,qadası.
Kayıt Tarihi : 11.6.2018 10:19:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!