Xezer denizi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Xezer denizi

Sən nə qədər canları uddun, dəniz?
Layla çalan dalğalarınla cavanları uyutdun, dəniz.
Birmi,beşmi, onmu?
Aman Tanrım, görən bu sonmu?

O müdhiş günlərin birində,
Gözümün önündə
Aldılar qoynundan neçəc avanı, dəniz.
Diz üstə çöküb etdim duamı, dəniz.
Ilahi, qıyma bu gənclərə-dedim.
Bu dəcəllərə, bu nadinclərə-dedim.
Duamı eşitdi Tanrım
Yamanca üşütdüm,Tanrım.

Dörd cavanı birdən aldın qoynuna,
Sən saldın onları Əzraillə çiling-ağac oynuna.
Batan dörd nəfərdən tək bircəsinə qıydı Xəzər.
Bir ananı arxasız, oğulsuz qoydu Xəzər.
Niyə belə edirsən,dəniz
Hamının əksinə gedirsən,dəniz.
Qış fəslində qaz alır canımızı,
Ilboyu hadisələr tökür, tökür qanımızı.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.10.2019 10:38:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu