Xatirem nura boyatsın Şiiri - Sevinc Arzulu

Xatirem nura boyatsın

Çalın-çarpaz çəkir dağı sinəmə,
Aman, nə ağırmış həsrətin öcü.
Ağrılar dolu tək yağır sinəmə,
Əriyib azalır sevginin gücü.

Polad qalxan olub dura önümdə,
Qoymaya ağrıdan qəm-qüssə çəkim.
Qəlbimin son dəfə vuran günündə,
Izn ver, bağında qızılgül əkim.

Hər səhər yuxudan səni, əzizm
Gözəl qızılgülün ətri oyatsın.
Xatırla sevinclə məni, əzizm
Xatirəm könlünü nura boyatsın.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.6.2018 14:18:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu