Vura bilermi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Vura bilermi


Acı qismətiylə barışan ürək,
Dərdli ürəklərə qarışan ürək,
Intiqam oduna alışan ürək,
Öcünü almasa dura bilərmi.

Dağların başından külək əsməsə.
Düşməsə araya hicran, vəsvəsə.
Durnalar veribdir yenə səs-səsə,
Özünə yeni yurd qura bilərmi.

Durub dayanmısan tənha və yalqız,
Bir azca səbr et gözlə sən yalnız.
Sevməsə görüşə tələsən o qız.
Sarışın telini bura bilərmi.

Sevib –sevilənin çox mərd olduğun,
Hicranın çəkilməz bir dərd olduğun,
Necə də nanəcib, namərd olduğun,
Həsrətin üzünə vura bilərmi.

Sevinc Arzulu
Kayıt Tarihi : 28.3.2022 07:55:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu